Ana Səhifə         Email English  
Azərbaycanda Kurslar
Xaricdə Təhsil
Work and Travel / Camp USA  
Turizm
  Dil kursları
  Universitetlər
  Universitetlərə hazırlıq
  Magistratura/MBA hazırlıq
  Orta məktəb
  Sertifikat / Diplom Proqramları
  Yay məktəbləri
  ACEEC-in digər xidmətləri
Amerikada təhsil
İngiltərədə təhsil
Kanadada təhsil
Avstriyada təhsil
Almaniyada təhsil

 
 

Dil Kursları

 

ACEEC xaricdə təhsillə yanaşı Azərbaycanda da dil kursları təşkil edir. Hələlik firmamızın nəzdində İngilis dili kursu fəaliyyət göstərir. Siz bizim kurslarda iştirak etməklə ingilis dilini mükəmməl və planlı şəkildə öyrənə bilərsiniz.

 

 İngilis Dili Kursları

 

Kurslar hansı səviyyədə aparılır?

 Kurslar 7 səviyyə üzrə fərdi və qrup şəklində aparılır.

- Beginner
- elementary
- pre-intermediate
- intermediate
- upper-intermediate
- advanced
- Proficient
 

Hər səviyyə 10 həftə nəzərdə tutulmuşdur. Tələbə mövcud səviyyəni bitirdikdən sonra növbəti üst səviyyəyə keçməsi üçün məzun olduğu səviyyədən imtahan verməli ve lazım olan keçid balını toplamalıdır.

 

Hansı səviyyədən başlamağınız daha uyğundur?

 

Tələbələr ACEEC-in ingilis dili kursuna müraciət edərkən onların ingilis dili səviyyələri yoxlanılır və hər biri öz səviyyəsinə uyğun kurslarda yerləşdirilir. Odur ki, kurslara istənilən səviyyədən başlamaq mümkündür.

 

 

 

 

Kurs həftədə neçə saat keçirilir?

 

Kurslar fərdi və qrup şəklində olmaqla həftədə 4 gün təşkil olunur. Ümumi həftəlik dərs 7 saat təşkil edir. Qruplar 3-5 nəfərdən ibarət olur. Bazar günləri isə praktiki danışıq kursları təşkil edilir.

 

Hansı proqram və dərsliklərdən istifadə edilir?

 

Kurslarda istifadə edilən proqramlar ACEEC-in yüksək səviyyəli mütəxəssisləri tərəfindən İngiltərədə tətbiq edilən modellər əsas alınaraq tərtib edilmişdir. Kurslarda əsasən praktikada  uğurla sınaqdan çıxmış kitablardan istifadə edilir.

 

ACEEC ingilis dili kurslarının üstünlüyü nələrdər?

 

-         Kursların yüksək təcrübəyə malik mütəxxəsislər tərəfindən aparılması

-         Ən son metodika və dərsliklərdən istifadə olunması

-         Dil labaratoriyasının olması

-         Zəngin tədris vəsaitlərinin olması

-         Beynəlxalq imtahanlar üçün lazım olan təməl səviyyənin hazırlanması

-         Qruplarda adam sayısının az olması

-         Dərs saatlarının çox olması

-         Conversation club-larin yüksək səviyyəli mütəxəsislər tərəfindən aparılması

-         Kursda iştirak edən tələbələrin ən aşağı qiymətlərlə Böyük Britaniya, ABŞ və Kanada-da praktika keçmələrini 100% qarantiya ilə təmin etmək

-         İştirakçıları məzun olduqda sertifikatla təmin etmək

 

  

Work and Travel hazırlıq kursları

 

Bu kurslar ancaq Work and Travel proqramında iştirak etmək istəyən tələbələr üçün nəzərdə tutulub. ACEEC  Work and Travel proqramında iştirak etmək istəyən, amma ingilis dili səviyyəsi aşağı olan tələbələri 31.12.2008-ci il tarixinə qədər proqrama qəbul edir. Bundan əlavə ingilis dili kafi olan və Work and Travel proqramında istirak etmək istəyən tələbələrin də bu kurslarda iştirak etmələri tövsiyyə olunur. Çünki bu kurslarda təkcə ingilis dili deyil, proqramla bağlı xüsusi dərslər da keçirilir. Burada eyni zamanda tələbələrin praktiki danışıq səviyyələrini artırmaq üçün də xüsusi  proqramlar hazirlanmışdır.

 

Conversation Club (Danışıq klubu)

 

Bu kursların təşkilində əsas məqsəd ingilis dilində öyrədilən nəzəri məlumatların praktikaya tətbiq edilməsidir. İngilis dilinin qramatikasını hər nə qədər yaxşı bilsənizdə amma praktiki olaraq danışmasanız artıq onun heç bir əhəmiyyəti olmayacaq. Bizim danışıq kurslarimiz 5 səviyyədə aparılır. Tələbələr kursa başlamazdan öncə səviyyələrini təsbit etmək üçün imtahan verir və hər kəs öz səviyyəsinə uyğun kurslarda yerləşdirilirlər. Kurslar xaricdə təcrübə keçmiş mütəxəssislər tərəfindən ən son metodik vasitələrlə aparılır. Kurslar həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla mütəxəssislər tərəfindən hazırlanmış xüsusi proqramlar əsasında təşkil olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
| © 2008 Bütün hüquqlar qorunur | Powered by AzeriArt.Net |  Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası |