|
Dil
Kursları
Günlük həyatımızda, iş dünyamızda xarici
dil bilmək şübhəsiz ki, ən önəmli xüsusiyyətlərdən
biridir. Artıq ana dilimiz olan Azərbaycan dilindən başqa
beynəlxalq dillərdən birini başa düşmək və ya danışmağın
məcburiyyət halına gəldiyini söyləsək, yəqin ki
yanılmarıq. Azərbaycanda son zamanlar iqdisadiyyatın
sürətlə inkişafı və xarici investorların ölkəmizə
qoyduqları sərmayələrin ildən-ilə artması, yeni xarici
şirkətlərin açılması, ölkəmizin avropaya inteqrasiyası
yolunda həyata keçirilən islahatlar nəticəsində xarici
dili bilən kadrlara ehdiyacı sürətlə artırır. Azərbaycan
Mədəniyyətlərarası və Təhsil Mübadiləsi Mərkəzi
(ACEEC) bütün bu təlabatları nəzərə alaraq, x arici
dil öyrənmək istəyənlər üçün bir çox müxtəlif proqramlar
təklif edir. Bu proqramların ən böyuk üstünlüyü hər dilin
öz vətənində öyrədilməsidir. Yəni, İngilis dili
İngiltərədə, Alman dili Almaniyada, Fransız dili Fransada
öyrədilir. Bunun ən böyük faydası dilin ən qısa zamanda və
yüksək səviyydə öyrənilməsi,
bununla yanaşı getdiyiniz ölkələrin mədəniyyətləri və
məşhur yerləri görmək fürsəti əldə etməyinizdir.
ACEEC xaricdəki dil kurslarını əsasən
universitetlər və xüsusi dil öyrətmə mərkəzlərində və
kolleclərdə təşkil edir. Əməkdaşlıq etdiyimiz bütün təhsil
mərkəzləri fəaliyyət göstərdikləri ölkələrin müvafiq
qurumlarında akreditasiya olunmuşdur.
ACEEC Dünyanın ən məşhur və tanınmış
tədris müəsisələrinin Azərbaycanda səlahiyyətli
nümayəndəsi olmaqla yanaşı İngilis dili kurslarını
İngiltərə, İrlandiya, ABŞ, Kanada, Avstraliya və Yeni
Zellandiya, Alman dili kurslarını Almaniya və Avstriyada,
Fransız dili kurslarını Fransa və Kanadada, İspan dili
kurslarını İspaniya, Meksika, Kubada, İtalyan dili
kurslarını İtaliyada, Rus dili kurslarını isə Rusiya,
Belarusiya və Ukraynada yüksək səviyyədə təşkil edir.
Unutmayın ki, ACEEC bütün bu kurslrı ən münasib
qiymətlərlə təşkil edən Azərbaycandakı yeganə qurumdur.

-İngilis Dili Kursları
Yeni başlayanlar üçün İngilis dili kursları
Bu kurslarda iştirakçılar ingilis dili
haqqında ibtidai məlumatlar və bəsit ünsiyyət qurma
bacarığı əldə edirlər. Bu kurslar əsasən 4 həftə olur və
kursun sonunda heç dil bilməyən şəxslər elementar səviyəyə
yiyələnirlər. Beləcə irəlidə daha yaxşı səviyyəyə çatmaq
üçün lazım olan zəmin hazırlanmış olur.
Standart İngilis dili kursları
Bu kurslar həftədə 15-20 saat arasında
olur. Təməl səviyyədən başlayaraq əsasən 2-48 həftə
arasında təşkil olunur. Bu proqram xaricdə uzun müddət
qalmaq istəyən tələbələr üçün tövsiyyə olunur. Dərs
saatlarının günlük 3-4 saat arasında dəyişdiyini nəzərə
alsaq, tələbələr sosial yönümlü fəaliyyətlərlə və
olduqları şəhərin görməli yerləri ilə tanış olmaları üçün
əla fürsət əldə edirlər.

İntensiv İngilis dili kursları
Qısa müddətdə ingilis dilini öyrənmək
istəyənlər üçün ideal proqramdır. Həftədə 25 /30 saat,
bəzən isə 35 saatdan ibarət olan bu kurslar daha
təcrübəli müəllimlərin rəhbərliyi altında ən son metodları
tətbiq etməklə aparılır. Müntəzəm olaraq keçirilən test
imtahanları tələbələrin səviyyələrindəki inkişafın təsbit
edilməsində mühüm rol oynayır. Dərslərdə əsasən praktiki
danışığa üstünlük verilir.

Biznes ingilis dili kursları
Bu kurslar ingilis dilini günlük iş
həyatında istifadə edən və ən azı orta səviyyədə ingiliscə
bilən adamlar üçün nəzərdə tutulub. Həftədə 20 – 30 dərs
saatından ibarət olan bu kurslar iştirakçıya işgüzar
yazışmalar, görüşmələr, raport hazırlamaq, telefon
danışığı və digər bacarıqları əldə etmək məqsədi ilə
təşkil edilir.

“Akademik İl” ingilis dili kursları
Uzun müddət üçün ingilis dili kursu keçmək
istəyənlər üçün ən optimal proqram hesab olunur. Proqramın
müddəti 24 və ya 36 həftə olur. Bu proqram Standart
ingilis dili kurslarına bənzəsə də, əsas fərqi
iştirakçıların universitetə daxil olmaq üçün lazım olan
imtahanlara hazırlaşdırmaqdır.

İxtisasa uyğun İngilis dili kursları
Bu kurslar öz ixtisasına aid ingilis
dilində ədəbiyyat oxumaq istəyən, ixtisasını xarıcı
ölkələrdə artırmaq istəyən və ya xaricdə işləmək
istəyənlər üçün nəzərdə tutulmuş kurslardır. ACEEC şirkəti
həkimlər üçün “Medical English” (tibbi ingilis dili),
hüquqşünaslar üçün “Law English” (hüquqi ingilis dili) və
digər ixtisaslara aid kursları əsasən İngiltərə və ABŞ-da
yüksək keyfiyyətlə təşkil edir.

Rəhbər şəxslər və İş adamları üçün kurslar
(Executive course)
Vaxtı məhdud olan iş adamları, dövlət və
özəl sektorda orta, yüksək vəzifədə işləyən şəxslər üçün
xüsusi olaraq hazırlanan bu kurslar fərdi və ya kiçik
qruplar şəklində aparılır. Bu kursların təşkilində əsas
məqsəd iştirakçıların qısa müddətdə ingilis dili
savadlarını inkişaf etdirmək və fərqli ölkələrdən gələn iş
adamlrı, rəhbər şəxslərlə tanış olmalarını təmin etməkdir.

Müəllimlər üçün ingilis dili kursları
Bu proqramın məqsədi müəllimlərin ingilis
dili təcrübələrini və savadlarını artırmaqdır. Kurs
müddətində dil analizləri, tədris strategiyaları, dərs
planlarının hazırlanması, tələffüz, söz ehtiyyatını
zənginləşdirmək, qiymətləndirmə və digər mövzular üzərində
xüsusi iş aparılır.

TOEFL/İELTS imtahanına hazırlıq kursları
Bu imtahanlar əsasən tədrisin ingilis
dilində aparıldığı universitetlərə daxil olmaq üçün ana
dili ingilis dili olmayan tələbələr üçün təşkil edilir.
Kurslar imtahan metodları, test bacarığı, oxuma, dinləmə
və yazma qabiliyyətlərinin inkişafı üçün nəzərdə tutulub.
Proqram müddəti əsasən 4 / 10/12 həftədən ibarət olur.
ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zellandiya
və Avropanın bir sira (ancaq ingilis dilində təhsil
verən) aparıcı üniversitetlərinə qəbul olmaq üçün bu
imtahanlardan keçid balı yığmaq şərtdir.

GMAT, GRE və SAT imtahanlarına hazırlıq
kursları
Xüsusi ilə Amerikada MBA, maqistr və
bakalavr təhsili almaq istəyənlər üçün Amerika
universitetləri tərəfindən əsas şərt kimi qoyulan bu
imtahanlara hazırlıq kurslarıdır.
-Alman Dili Kursları
-Fransız Dili Kursları
|