Ana Səhifə         Email English  
Azərbaycanda Kurslar
Xaricdə Təhsil
Work and Travel / Camp USA  
Turizm
  Dil kursları
  Universitetlər
  Universitetlərə hazırlıq
  Magistratura/MBA hazırlıq
  Orta məktəb
  Sertifikat / Diplom Proqramları
  Yay məktəbləri
  ACEEC-in digər xidmətləri
Amerikada təhsil
İngiltərədə təhsil
Kanadada təhsil
Avstriyada təhsil
Almaniyada təhsil

 
 

Haqqımızda

 Əziz dostlar,

 

İyirminci əsrin doxsanıncı illərin əvvəlində Sovet İttifaqının dağılması ilə dünya xəritəsində 15 yeni dövlət meydana gəldi. Bunlardan biri də Azərbaycan Respublikası oldu. Sovetlər Birliyindən yenicə ayrılmış Azərbaycanda islahatların aparılması heç şübhəsiz ki, həyatın tələbi idi. Amma bu islahatlara nədən başlamaq, haradan başlamaq sualına cavab vermək heç də asan deyildi. Çünki yeni dövrün qanunlarına uyğun ixtisaslı kadrların olmaması yeni islahatlara başlamaq işində çox boyük maneə idi. Sosialist iqtisadi sistemində formalaşmış köhnə fikirli kadrlarla yeni qədəm qoyduğumuz bazar iqtisadiyyatı şəraitində kapitalist iqtisadi modelini qurmaq  çox çətin bir məsələ idi.

 

Amma çətinliklərə baxmayaraq keçən zaman ərzində uğurlarımız da az deyildir. Azərbaycanın bilavasitə liderliyi və yaxından iştirakı ilə həyata keçirilən, enerji layihələrinin, tarixi İpək Yolunun bərpası kimi layihələrinin həyata keçirilməsi Respublikamızın əldə etdiyi tarixi nailiyyətlərindəndir. Beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi Azərbaycanda beynəlxalq standartlara cavab verən kadr potensialının artırılması zərurətini aydın surətdə ortaya qoyur. Məhz bu problemin həllınə öz töhfəmizi vermək məqsədilə biz, bir neçə gənc  “ACEEC” MMC-nin yaradılmasını qarşımıza məqsəd qoyduq və çətinliklə də olsa buna nail olduq.

 

 

Müvafiq dövlət qurumlarından qeydiyyatdan keçmiş “ACEEC” MMC-nin əsas fəalıyyəti xaricdə təhsil işinin yüksək səviyyədə həyata keçirilməsidir. Bu məqsədlə biz xaricdə təhsil almaq istəyən gənclərimizi istədikləri proqramlar haqqında məlumatlandırır və bu proqramlar üzrə hazırlaşdırır, onların xarici dil səviyyəsinin lazımi səviyyəyə qaldırılmasını təşkil edir, bütün sənədləşdirmə işlərini həyata keçirir və onlara lazımi məsləhətlərimizi veririk. “ACEEC” MMC ABŞ, Böyük Britaniya və Avropanın digər inkişaf etmiş ölkələrinin bu sahədə ixtisaslaşmış bir çox şirkətləri ilə əmədaşlıq edir və həmin şirkətlərin Azərbaycan üzrə rəsmi təmsilçiliyini almışdır. Bizim şirkətin vermiş olduğu imkanlardan istifadə edərək gənclərimizin Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya və Avropanın qabaqcıl universitet, kollec, orta məktəb və müxtəlif  dil kurslarında yüksək səviyyədə təhsil ala bilərlər. 

 

Bundan əlavə bizim şirkət ABŞ Dövlət Departamentinin “Mədəniyyətlərin qarşılıqlı mübadiləsi” layihəsi çərçivəsində həyata keçirdiyi “Work and Travel” proqramına da qoşulmuşdur. Və bizim tələbələr şirkətimizin vasitəsi ilə dörd ay yay tətili boyunca Amerikada işləyib pul qazanmaq, ingilis dili səviyyəsini təkmilləşdirmək, Amerikanı başdan-başa gəzmək və yeni-yeni dostlar qazanmaq şansı əldə edəcəklər.

 

ACEEC  az yaşlı şagirdlərimizi də yaddan çıxarmamış, qış və yay tətillərində onlar üçün  ABŞ, İngiltərə, Kanada, Almanya, İsveçrə və Artekdə müxtəlif əyləncəli və xarici dil tədris edilən düşərgələr təşkil edir.

 

 

Azərbaycanda isə biz müxtəlif  istiqamətlərdə yüksək səviyyəli xarici dil  və kompüter kursları təşkil etmişik. Kurslara böyük təcrübəyə malik müəllim kollektivi cəlb edilmiş və bu səhədə tətbiq edilən ən son, müasir metod və dərsliklərdən istifadə olunur.

 

 

Bütün bu saydıqlarımızdan əlavə bizim şirkət turizm sahəsində də fəaliyyət göstərir. Xarici turistləri Azərbaycanın gəzməli – görməli tarixi yerləri, bir sözlə xarici turistlərə Azərbaycanın turizm potensialını təqdim etməklə  ölkəmizə xarici kapitalın axmasına nail olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətini xarici turistlərə təqdim etmiş olacağıq.

Eyni zamanda Azərbaycan vətəndaşlarının da xarici olkələrdə istirahət etməsini və dünyanın turizm mərkəzləri ilə tanış olmaq məqsədilə xarici ölkələrə turist səyahətləri təşkil edirik. Bizim turist layihələrimiz ilə Sizləri geniş surətdə yaxın zamanda tanış edəcəyik.

 

Hörmətli gənclər, unutmayin ki indiki müasir zamanda yüksək səviyyəli kadr olaraq özünüzə parlaq karyera qurmaq istəyirsinizsə, Sizin yolunuz yalnız  “ACEEC” MMC-dən keçir. Yalnız Biz, Sizin bu yolda ən yaxın yardımçınız və məsləhətçiniz ola bilərik. 

Yalnız Biz Sizə bu arzunuza çatmaqda ən yaxın köməkçiniz ola bilərik.

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
| © 2008 Bütün hüquqlar qorunur | Powered by AzeriArt.Net |  Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası |