|
Pre-Master ve Pre-MBA kursları
ABŞ,
İngiltərə, Kanada və digər ölkələrdə Magistratura və ya
MBA oxumaq istəyənlər üçün TOEFL (və ya İELTS), GRE, GMAT
kimi imtahanlardan universitetlərin tələb etdikləri keçid
balını toplamaq şərtdir. Lazım olan keçid balını
toplamayan tələbələr üçün ACEEC şirkəti ABŞ,
İngiltərə, Kanada və digər ölkələrdə Pre-Master ve Pre-MBA
kursları təşkil edir. Bu kurslarda iştirak edən tələbələrə
aşağıdakı sahələr üzrə təhsil verilir.
-
İngilis dili imtahanlarına
(İELTS və ya TOEFL) hazırlıq.
-
Akademik ingilis dili. Burada
tələbələrə universitetdə təhsil aldıqları müddətdə lazım
olacaq səviyyədə ingilis dilində mətnləri, kurs işlərini
hazırlamaq və s.kimi lazım olan bacarıqlar aşılanır.
-
İnformasiya
texnologiyaları.Universitetdə oxuduqları müddətdə
tələbələrin bəzi computer proqramlarında sərbəst işləməyi
bacarmaları lazımdir. Bunu nəzərə alaraq tələbələrə World,
Excel, Power Point, Access, İnternet və s. Kimi sahələrə
aid proqramlar öyrədilir.
-
İxtisas terminologiyası,
ixtisas sahələrinə aid təməl dərslər.
-
GRE, GMAT imtahanlarına
hazırlıq (bəzi universitetlərdə bu imtahanlar tələb
olunmur)
-
Elmi araşdırma metodları.
Bu proqramların
müddətləri sizin səviyyənizə uyğun olaraq 10-30 həftə
arasında dəyişir. Proqramda iştirak etmək üçün ən azı
“İntermediate” (5 səviyyə üzərindən 3-cü səviyyə)
səviyyəsində ingilisdili bilmək tələb olunur. İngilis dili
aşağı səviyyədə olan tələbələrin isə bu proqramdan əvvəl
dil kursu keçmələri vacibdir.
Pre-Master ve
Pre-MBA proqramlarında iştirak etməyin ən böyük
faydası ondan ibarətdir ki, çox zaman əməkdaşlıq etdiyimiz
şirkətlərin Sizi birbaşa universitetlərə keçirmələri
mümkündür. Bu proqramlar haqqında daha ətraflı məlumat
almaq və qiymət təklifləri ilə tanış olmaq istəyirsinizsə,
ACEEC – in ofisinə müraciət etməniz tövsiyyə olunur.
|