Ana Səhifə         Email English  
Azərbaycanda Kurslar
Xaricdə Təhsil
Work and Travel / Camp USA  
Turizm
  Dil kursları
  Universitetlər
  Universitetlərə hazırlıq
  Magistratura/MBA hazırlıq
  Orta məktəb
  Sertifikat / Diplom Proqramları
  Yay məktəbləri
  ACEEC-in digər xidmətləri
Amerikada təhsil
İngiltərədə təhsil
Kanadada təhsil
Avstriyada təhsil
Almaniyada təhsil

 
 

Xaricdə Universitet

 

İnkişaf etmiş xarici ölkələrdə təhsil almaq hər bir Azərbaycanlı gəncin arzusudur. Ancaq Azərbaycandaki təhsil sistemi ilə bir çox xarici ölkələrin təhsil sistemləri arasında fərqlilik vardır. Bu səbəbdən də xaricdə təhsil almaq istəyən tələbələr bəzi problemlərlə qarşılaşırlar. Bu kimi problemleri həll etmək üçün ACEEC-ə müraciət etməyiniz məqsədəuyğundur. Çünki, ACEEC-də xaricdə təhsillə bağlı yetərincə məlumata sahib mütəxəssislər çalışır.

 

Universitet təhsili sizin gələcəyinizdə mühüm rol oynayır. Odur ki özünüzə ixtisas seçərkən o ixtisasın ölkəmiz üçün nə qədər əhəmiyyətli olacağını, gələcəkdə sizə nə qədər ehdiyac duyulacağını, bu ixtisasa xarici universitetlərdə yiyələnmək sizə nə verəcəyini və bu ixtisasa həqiqətən də xaricdə yiyələnməyinizin nə dərəcədə vacib olduğunu öncədən müəyyən etməlisiniz. Bundan başqa biliyinizin, dil səviyyənizin və maddi imkanlarınızın xaricdə təhsil almaq üçün yeterli olub olmadığını daha öncədən təsbit etməniz lazımdır.

 

 

 Universitet seçərkən nələrə diqqət etməli

 

Oxumaq istədiyiniz ixtisası seçdikdən sonra bu ixtisasa hansı ölkədə və hansı universitetdə yiyələnməyinizə qərar verməyiniz lazımdır. Bu zaman diqqətə alınması lazım olan əsəs amillər bunlardır.

 

Maddi vəziyyətinizin uyğunluğu- Öncə illik olaraq təhsilinizə nə qədər maddi vəsait ayıra biləcəyinizi təsbit etməlisiniz. Məsələn, əgər illik olaraq ödəmə gücünüz 10.000 USD-dirsə, o zaman təhsil haqqı bu hüdudlarda olan üniversitetlər arasında seçim etməniz daha məqsədə uyğundur.

 

Hazırlığınız və dil səviyyənizin uyğunluğu- Maddi gücünüzün hər universitet üçün yeterli olmayacağı kimi, elmi hazırlığınızın və dil səviyyənizin də yetərsiz olması mümkündür. Bu halda ACEEC sizin universitetdə təhsil almaniz üçün və dil səviyyənizin yüksəldilməsi üçün lazım olan kursları keçmənizə yardımcı olacaqdır.

 

Təhsil alacağınız ölkənin seçilməsi- Seçdiyiniz universitetin hansi ölkədə və ya şəhərdə olmasının əhəmiyyəti çox böyükdür. Belə ki təhsil müddəti, qalınacaq yerin qiyməti, yemək və nəqliyyat xərcləri ölkədən - ölkəyə dəyişir. Məsələn, İngiltərədə bakalavr təhsili 3 il, Amerikada isə 4 ildir və ya İngiltərədə magistratura təhsili 1 il, Amerikada isə 2 ildir.Bəzi ölkələrdə tələbələrin işləmələrinə izin verilmədiyi halda, bəzi ölkələrdə tələbələr qismən, bəzilərində isə sərbəst olaraq işləyə və maddi ehdiyaclarını qarşılaya bilərlər.

  

 

Universitetlerin  Maaliyyə xərcləri

 

Xaricdə təhsilin Maaliyyə xərclərini  əsasən universitetə ödənilən təhsil haqqı, qalınacaq yer, yemək və digər sosial xərclər təşkil edir. Amma bu qiymətlər sabit qalmayıb tez - tez dəyişir. Ümumilikdə bütün xərcləri diqqətə alsaq orta hesabla ABŞ, İngiltərə və Kanadada bir illik təhsil üçün tələb olunan ümumi məbləğ 20.000-26.000 USD, Almanya, Fransa, Avstrya üçün 9.000-15.000 USD, təhsilin keyfiyyəti sürətlə inkişaf edən Çexiya, Ukrayna, Rusiya kimi ölkələrdə isə 6.000 – 13.000 USD arasında dəyişir.

 

 

ACEEC-in təklif etdiyi universitetlər

 

ACEEC dünyanın bir çox universitetləri ilə əməkdaşlıq edir. Əməkdaşlıq etdiyimiz bu universitetlərdə həm bakalavr, həm də magistr pilləsi üzrə təhsil almanız üçün ACEEC lazım olan bütün xidmətləri yüksək səviyyədə təklif edir. Əgər xarici universitetlərdə təhsil almaq fikriniz ciddidirsə, o zaman ACEEC-ə gələrək ekspertlərimizdən tam təfsilatı ilə məlumat ala bilərsiniz. Ümumi olaraq isə xaricdə təhsil almaq üçün əsas tələb olunan şərt beynəlxalq imtahanlarda iştirak edərək müvafiq xarici dildən lazımi keçid balı (keçid balı universitetlərə görə dəyişir) toplamaqdır. Bəzən isə seçdiyiniz ixtisasa görə sizdən əlavə imtahanlar da tələb oluna bilər. Əgər siz xarici dili heç və ya kifayət qədər bilmirsinizsə, o halda ACEEC sizə öncə hazırlıq kursları keçmənizi, daha sonra isə universitetə daxil olmanızı 100% qarantiya ilə təmin edir.

BİRBAŞA ƏMƏKDAŞLIQ ETDİYİMİZ BƏZİ UNİVERSİTETLƏR ACEEC-in TƏMİNAT VERDİYİ TƏLƏBƏLƏRİ HƏR HANSI BİR İMTAHAN TƏLƏB ETMƏDƏN QƏBUL EDİRLƏR!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
| © 2008 Bütün hüquqlar qorunur | Powered by AzeriArt.Net |  Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası |