Ana Səhifə         Email English  
Azərbaycanda Kurslar
Xaricdə Təhsil
Work and Travel / Camp USA  
Turizm
  Dil kursları
  Universitetlər
  Universitetlərə hazırlıq
  Magistratura/MBA hazırlıq
  Orta məktəb
  Sertifikat / Diplom Proqramları
  Yay məktəbləri
  ACEEC-in digər xidmətləri
Amerikada təhsil
İngiltərədə təhsil
Kanadada təhsil
Avstriyada təhsil
Almaniyada təhsil

 
 

Universitetlərə Hazırlıq kursları (Foundation course)

 

Foundation proqramları əsasən 30-32 həftə olur. Proqramda iştirak etmək istəyən tələbələr ən azı upper-intermediate səviyyəsində (İELTS 4.5 və ya TOEFL 150) olmaları tələb olunur. İngilis dili səviyyələri aşağı olan tələbələr lazım olan səviyyəyə gələnə qədər dil kursu keçilir.

 

Foundation Proqramlarında aşağıdakı sahələr üzrə təhsil verilir.

 

Akademik ingilis dili- Burada tələbələrə universitetdə təhsil aldıqları müddətcə lazım olacaq səviyyədə ingilis dilində mətnləri, kurs işlərini hazırlamaq və s. kimi lazım olan bacarıqlar aşılanır.

 

Dil təhsili- Burada tələbələrin ingilis dilində sərbəst oxuması və yazması üçün lazım olan fəaliyyətlər nəzərdə tutulur.

 

İnformasiya texnologiyaları- Universitetdə oxuduqları müddətdə tələbələrin bəzi computer proqramlarında sərbəst işləməyi bacarmaları lazımdir. Bunu nəzərə alaraq tələbələrə World, Excel, Power Point, Access, İnternet və s. kimi sahələrə aid proqramlar öyrədilir.

 

Çalışma bacarıqları- Universitetdə oxuduqları müddətdə tələbələrə lazım olan araşdırma metodları, kurs işləri və verilən tapşırıqların həll edilməsi formaları öyrədilir.

 

İELTS /TOEFL hazırlığı- Xarici tələbələrin ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya universitetlərinə daxil olmaları üçün tələb olunan TOEFL və ya İELTS keçid balını toplamaları şərtdir. Burada tələbələrə yüksək səviyyədə TOEFL və ya İELTS kursları keçilir və bununla da tələbələr universitetə daxil olmalarını qarantiyə alırlar.

 

İxtisas məlumatları- Burada tələbələrə universitetdə oxuyacaqları ixtisasa aid məlumatlar verilir. Məsələn, Marketinq ixtisasını seçən tələbələrə mühasibat və marketinq kimi təməl dərslər keçirilir. Bunun nəticəsində tələbələr universitetdə oxumağa başlayarkən yerli şəraitdə daha tez adaptasiya olur və daha çox müvəffəqiyyətlər qazanırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
| © 2008 Bütün hüquqlar qorunur | Powered by AzeriArt.Net |  Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası |