|
“Work
and Travel” nədir?
“Work
and Travel” (qısaca olaraq WAT adlanır) dünyanın bir çox
ölkələrindən universitet tələbələrinin yay tətili boyunca
ABŞ-da turizm və xidmət sektorunda mövsümü işlərdə
çalışmalarını və proqramda iştirak etdikləri müddətdə
bütün xərclərini çıxartma şansı verən bir
mədəniyyətlərarası mübadilə proqramıdır. Bu proqram ABŞ
Dövlət Departamentinin layihəsi olaraq, ABŞ hökumətinin
səlahiyyət verdiyi sponsor şirkətlər və onların müxtəlif
ölkələrdəki tərəfdaşları ilə birgə həyata keçirilir.
WAT proqramı çərçivəsində tələbələr əyləncə parkı, otel,
restoran, turizm zonasi və ticarət mərkəzi kimi müxtəlif
iş yerlərində həftədə 35-40 saat (tələbənin öz istəyi ilə
daha çox çalışma imkanı da var) çalışma imkanı əldə
edirlər. Proqram İyun-Sentyabr ayları arasında təşkil
olunur. Proqram bitdikdən sonra tələbələrə bir ay da əlavə
ABŞ-da qalma, işləmə və səyahət etmə imkanı verilir.
Beləcə proqramın maksimum müddəti 4 ay təşkil edir.
Proqramın
Faydaları və Üstünlükləri
Bu proqramın əsas
faydaları aşağıdakılardır
- İngilis
dilini praktiki olaraq inkişaf etdirə bilmə imkanı
Siz bu
proqramda ıştırak etməklə Amerikada qalacağınız 4 ay
ərzində İngilis dili vərdişlərinizi praktiki olaraq
inkişaf etdirmək şansı əldə edəcəksiniz. Ən əsası isə bu
imkanı olduqca ucuz qiymətə, hətta əlavə xərc çəkmədən
əldə edəcəyinizi söyləsək yəqin ki yanılmarıq. Belə ki,
əgər ABŞ-da 4 aylıq müddətə ingilis dili kursu almaq
istəsəniz bu sizə ən azı 7000-8000 USD-yə başa gələcəkdir.
Bunu nəzərə alsaq WAT proqramının nə qədər faydalı bir
proqram olduğu başa düşüləndir.
-
Yaşayış və səyahət xərclərini qarşılaya
bilmə imkanları
Siz bu
proqramda ishtirak etməklə həm ABŞ-ı gəzmək, həm ingilis
dilinizi inkişaf etdirmək, üstə gəl sərf etdiyiniz bütün
xərcləri çıxarmaq imkanı əldə edirsiniz. Bu səbəbdəndir ki,
hər il dünyada təxmini olaraq 80-90 min nəfər tələbə “Work
and Travel” proqramında iştirak edir.
-
Amerikanı gəzmək fürsəti
“Work and Travel”
proqramı, adından da göründüyü kimi bir işləmə və səyahət
proqramıdır. Bu proqram sayəsində nəinki Amerikada
olduğunuz şəhərdə, hətta əldə etdiyiniz qazanc vasitəsilə
digər ştat və şəhərləri gəzmək imkanı əldə edəcəksiniz.
-
Həyata hazırlıq!
“Work and Travel”
proqramı universitet tələbələrinin məzun olmadan real
həyatdakı məsuliyyətlərini felən
olaraq
yaşamalarını təmin edən bir proqramdır. Proqramda iştirak
etməklə valideynlərinizdən uzaqda, kimsənin köməyinə
ehtiyac duymadan öz gücünüzə yaşamağı öyrənəcək və beləcə
özünüzə olan güvəni artıracaqsınız.
-
İş təcrübəsi əldə etmək imkanı
ABŞ-da çalışaraq iş
təcrübəsi və C.V.-nizi genişləndirmək fürsəti əldə
edəcəksiniz. Günümüzdə C.V.-nizdə sadəcə təhsilinizə
deyil, iş təcrübənizə və fəaliyyətlərinizə də baxılır.
Unutmayın ki, ABŞ-da əldə edəcəyiniz iş təcrübəsi sizin
gələcək iş həyatınızda mühüm rol oynayacaq və iş üçün hər
hansı bir yerə müraciət edərkən sizin üçün əhəmiyyətli bir
üstünlük olacaqdır.
-
Fərqli mədəniyyətlər ilə tanış olmaq
fürsəti
Globallaşan
dünyamızda fərqli mədəniyyətləri tanımağın əhəmiyyəti
böyükdür. “Work and Travel” proqramı sizə nəinki ABŞ-ın
mədəniyyət və adətlərini, eləcə də dünyanın bütün
qitələrindən gələn fərqli mədəniyyətlərə malik olan
tələbələrlə tanış olmaq və dostlar qazanmaq imkanı
verəcəkdir.
Bu
proqramın digər üstünlüklərini aşağıdakı kimi ifadə edə
bilərik
-
ABŞ-a J-1 vizası
ilə gedib qayıtmaq, digər ölkələrə viza üçün müraciət
edərkən sizin üçün bir referans rolunu oynayacaq və viza
almanızı asanlaşdıracaq.
-
Bu proqram ABŞ-a
getməyin və 4 ay Amerikada yaşamağın ən sərfəli yoludur.
-
Bu proqram dünyanın
müxtəlif yerlərindən olan insanlarla tanış olmaq və bir
ömür boyu davam edəcək dostluq münasibətləri qurmanıza
səbəb olacaq.
Kimlər iştirak edə
bilər?
“Work and Travel”
proqramında iştirak etmək üçün aşağıdakı şərtlər tələb
olunur:
-
Sonuncu kurs
olmamaq şərti ilə istənilən ali məktəbin bakalavr və
magistr pilləsində
əyani təhsil alan tələbələr;
-
18-25 yaşlar
arasında olan tələbələr;
-
İngilis dilini ən
azı orta səviyyədə (intermediate) bilən tələbələr;
Qeyd: İngilis dili
səviyyəsi orta səviyyədən aşağı (ən azı pre-intermediate)
olan şəxslərin sənədləri ancaq 31 Dekabr
2009 tarixinə
qədər qəbul ediləcək. Bu tarixdən sonra müraciət edən və
ingilis dili səviyyəsi pre-intermediate səviyyəsindən
aşağı olan tələbələrin sənədləri qəbul edilməyəcəkdir.
İş növləri

Bu proqramda tələbələr ixtisaslarına uyğun
olmayan, sadə və o qədər də fiziki zəhmət tələb etməyən,
normal şərtlərdə hərkəsin görə biləcəyi ışlərlə təmin
edilirlər. Bu baxımdan hər hansı bir iş təcrübsi tələb
olunmur. Sizə təklif olunacaq işlərin aşağıda göstərilən
və ya onların bənzəri işlər olacaqdır
Əyləncə & Aqua
Parklar
Xilasedici
(lifeguard/beach attendant)
Yemək–İçki xidməti
(food server)
Oyun Sahəsi Cavabdehi
(Rides Attendant)
Bilet satıcısı
(ticket sales)
Dayanacaq cavabdehi
(parking attendant)
Müştəri qarşılama
Fotoqraf
Restoran
işləri:

Ofisiant (waiter/waitress)
Paketləmə işçisi
Barmen/barmaid
Təhlükəsizlik
xidməti(security)
Aşbaz (cook)
Aşbaz köməkçisi (cook
assistant)
Komi (busser)
Saladmaker
Təmizlik işçisi
(cleaner)
Otel İşləri:
Resepsiyonist (front
desk clerk)
Otaq Cavabdehi
(housekeeper)
Təmirçi (maintenance)
Qapıçı (doorman)
Ofisiant
(waiter/waitress)
Belboy
Qab yuyan,
(host/hostes)
Banket işçisi
Çamaşırxana işçisi
(laundry assistant)
Anbar cavabdehi
(store keeper)
Market və
Ticarət mərkəzləri:
Satıcı (retail sales)
Satıcı köməkcisi
(shop assistant)
Kassir (cashier)
Kassir köməkcisi
(cashier assistant)
Müştəri xidmətləri
(customer service)
Anbardar (store
keeper)
İş saatları və
qazanc/overtime/ikinci iş imkanı
Bir işdə həftədə
35-40 saat çalışa bilərsiniz. Saat başına ödənilən maaş
7.5-12 USD arasında dəyişir. Həftəlik iş saatı və
qazanacağınız məbləğ iş yerindəki işlərin gedişatından,
sizin qəbliyyət, bacarıq, performans və ingilis dili
səviyyənizə görə dəyişir. Əksər hallarda çalışqan və
məsuliyyətli tələbələrə həftə ərzində əlavə iş saatları da
təklif olunur (overtime).Bu zaman həftəlik 40 saat işdə n
sonra tələbəyə işlədiyi hər saata görə normal saatlıq
maşının 1.5 misli qədər maaş
ödənilir. Məsələn, bir tələbə həftədə 40 saat işləyir və
ona verilən saat başına maaş 8 USD-dirsə əlavə saatlarda
(overtime) ona ödəniləcək maaş 12 USD olacaqdır. Bundan
başqa bu proqram
tələbələrə birinci işində hər hansı bir problem yaratmamaq şərti
ilə ikinci işdə işləməyə və daha çox gəlir əldə etməyə
imkan verir. Amma unutmayaq ki, tələbə istənilən halda
proqramın sonuna qədər birinci işdə işləmək
məcburiyyətindədir və bu işdən imtina edərsə bu onun
proqramdan azad edilməsinə və vizasının ləğvinə səbəb
olacaqdır!!!!!
Qalınacaq yer
Qalacağınız
yer siz hələ ölkəni tərk etməmiş, yəni proqramın başlama
tarixindən çox əvvəl ACEEC və onun əməkdaşlıq etdiyi
Sponsor Şirkət tərəfindən təmin ediləcəkdir. Qalınacaq yer
kimi Sizə universitet şəhərcikləri, yataqxana, motel və ev
təklif edilə bilər. Qalınacaq yerlərin ödəniş haqqı
həftəlik olaraq ödənilir və yerə, şəhərə görə dəyişir.
Sizin tərəfinizdən ödənilən bu məbləğ ən azı həftədə
20 USD ən çoxu isə 100 USD olur. Bəzən isə ümumiyyətlə
qalınacaq yerin ödəniş haqqı iş verən şirkət tərəfindən
ödənilir.
Necə Müraciət
etməli
Müraciət etmədən öncə saytımızda “Work and Travel”
proqramı ilə bağlı bütün məlumatları dıqqətlə oxumağınızı
tövsiyyə edirik. Bundan sonra ACEEC-ə gəlməli və
expertlərimizdən proqram haqqında daha ətraflı məlumat
almalısınız. Əgər proqramın şərtləri sizi qane edirsə o
zaman müraciət formasını doldurursunuz və təyin edilən
gündə ingilis dili imtahanında iştirak edirsiniz. İngilis
dili imtahanı yazılı və şıfahı aparılır. Proqramda iştirak
etmək üçün tələb edilən ingilis dili səviyyəsi
intermediate-dir (5 səviyyə üzərindən 3-cü səviyyə).
İngilis dili səviyyəsi aşağı olan tələbələrin müraciətləri
ancaq 31.12.2009-cu il tarixinə qədər qəbul ediləcəkdir.
İngilis dili imtahanını müvəffəqiyyətlə verən tələbələr
ACEEC ilə müqavilə imzalamalı və ilkin olaraq
depozit ödəməlidir. Bu məbləğ ümumi proqram xərcinə daxildir.
Bundan sonra ACEEC – in mütəxəssisləri sizə lazım olan
sənədlərin siyahısını təqdim edir və onların necə
hazırlanacağı haqqında ətraflı məlumat verirlər. Bir
sonraki mərhələ işin seçilməsidir. İş seçilməsi iki
şəkildə aparılacaqdir; ya internet üzərindən online
müsabiqə yolu ilə, ya da Bakıda təşkil edəcəyimiz JOB FAİR
(İş sərgisi) vasitəsi ilə. İstənilən hər iki halda siz
işləyəcəyiniz yerin və Sponsor şirkətin məsul şəxsləri ilə
canlı təmasda olacaqsınız. Siz işləyəcəyiniz yer və iş
seçmək məsələsində tam sərbəstsiniz. Özünüzə uyğun iş yeri
seçdiktən sonra Amerikalı işveren ilə aranızda “İş
Müqaviləsi” imzalanır. Bu müqavilədə sizin harada, hansı
işdə və nə qədər maaşa işləyəcəyiniz rəsmən təsdiq olunur
və tərəflər üzərlərinə öhdəliklər götürürlər. “İş
Müqaviləsi” ilə bərabər siz eyni zamanda “Qalınacaq yer”
müqaviləsini də imzalayacaq və harada qalacağınız və
həftəlik nə qədər ödəyəcəyiniz rəsmən təsdiq olunacaqdır.
“İş Müqaviləsi” imzalandıqdan sonra 3-iş günü içərsində
Proqram xərcinin yerdə qalan hissəsi tamamən ödənilir. Bundan
sonraki mərhələ isə Viza görüşünə girərək viza
müsabiqəsində iştirak etməkdir.
Vizanın alınması
proseduru
“Work
and Travel” proqramında iştirak edən tələbələrdən ABŞ- a
getmələri üçün J-1 tipli viza tələb olunur. Bu
proqramın ən böyük üstünlüyü digər proqramlara nəzərən
viza alınmasının daha asan və tez olmasıdır. Əgər sizdə
proqramın tələb etdiyi şərtlər varsa o zaman viza
alınmaması kimi bir problem ortaya çıxmayacaqdır. Bundan
əlavə viza görüşü əsnasında Konsulluğun əməkdaşının vermiş
olduğu sualları səmimi və doğru şəkildə cavablandırmanız
lazımdır. Əks halda viza ala bilməyəcəksiniz. Əgər təqdim
etdiyiniz
sənədlərdə hər hansı bir yalan məlumat təsbit olunarsa bu
da viza almamanıza səbəb olacaqdır. Unutmayın ki, viza
alınmasında iştirak etdiyiniz şirkət hər hansı bir rol
oynamır. VİZA SİZİN ŞƏXSİNİZƏ VERİLİR!!!
Sığorta
ACEEC ABŞ-da
əməkdaşlıq etdiyi Sponsor şirkətləri vasitəsi ilə bütün
tələbələri proqram müddəti boyunca sığorta etdirir.
Sığorta proqramın başladığı tarixdən proqramın başa çatma
tarixinə qədər olan bir müddəti əhatə edir və təcili
xəstəxana xərclərini qarşılamaq üçün nəzərdə tutulmuşdur.
Yəni, ümumi müalicə, dış müalicəsi və estetik əməliyyatlar
və daha öncədən qazanılmış xəstəliklərdən dolayı sonradan
yaranmış fəsadların aradan qaldırılması üçün nəzərdə
tutulmamışdır. Məsələn, siz yıxılıb zədə alsanız o zaman
bütün xərcləri sığorta ödəyəcəkdir. Əgər sizdə şəkər
xəstəliyi var və müalicəyə ehdiyacınız varsa o zaman
ortaya çıxan xərclərdən sığorta şirkəti məsuliyyət daşımır.

ABŞ-a gedərkən sizə
sığorta sənədi təqdim olunacaqdır. Sığortadan istifadə
etmək istədikdə (xəstəxanaya gedərkən) Sığorta kartı,
DS2019 forması və Pasportunuz yanınızda olmalıdır. Əlavə
olaraq siz ancaq Sığorta şirkətinizin müqavilə bağladığı
xəstəxanaya müraciət etməlisiniz (işlədiyimiz sığorta
şirkətinin tələbələri göndərdiyimiz şəhərlərdə
xəstəxanaları vardır!!!).
ACEEC şirkəti WAT
iştirakçılarına ikili sığorta da təklif edir. Birinci
sığorta proqram xərcinə daxil olduğu halda ikinci sığorta
üçün əlavə pul ödənilməlidir.
Qeyd:
Təcili tibbi müdaxiləyə və ya polisə ehdiyacınız olarsa o
zaman birbaşa olaraq 911 nömrəsinə zəng edə bilərsiniz!!!
ABŞ-da həyata
keçirilən xidmətlər
ABŞ-
a getmədən öncə ACEEC, proqramda iştirak edəcək tələbələr
üçün istiqamətləndirmə görüşü (Orientation)
təşkil edir və tələbələrə ABŞ, onun əsas hüquqi
normativləri, qalacaqları yer, oraya getmək üçün
istifadə ediləcək marşrut və ortaya çıxa biləcək hər hansı
məsələ ilə bağlı hansı tədbirlərin görülməsi haqqında
ətraflı məlumat verilir. Bundan əlavə tələbələrə ABŞ-dakı
Sponsor şirkətin və ACEEC-in bütün kontakt,
nömrə və e-maillərinin də qeyd edildiyi “WAT
iştirakçısının yaddaş kitabçası” kitabı verilir. Əgər
sizin
ABŞ-da hər hansı bir probleminiz olarsa, o zaman sizə
verilmiş və 24 saat müddətində xidmət verən telofon, MSN
və e-mail adreslərinə müraciət edə bilərsiniz. UNUTMAYIN
Kİ, ACEEC VƏ ABŞ-DA ƏMƏKDAŞLIQ ETDİYİ SPONSOR ŞİRKƏTLƏR
PROQRAMLA BAĞLI SİZİN BÜTÜN PROBLEMLƏRİNİZİ HƏLL ETMƏYƏ
QADİRDİR!!!
ACEEC – in İngilis
dili hazırlıq kursları
ACEEC şirkətinin
nəzdində WAT proqramında ıştirak etmək istəyən, amma
İngilis dili səviyyəsi yetərli olmayan tələbələr üçün
xüsusi ingilis dili kursu fəaliyyət göstərir. Bu kursların
digər kurslardan fərqi intensiv və ancaq WAT proqramında
içtirak etmək istəyənlər üçün nəzərdə tutulmasıdır. Siz bu
kurslarda iştirak etməklə praktiki ingilis dilinizi ən
qısa müddətdə inkişaf etdirə biləcəksiniz. Bundan əlavə bu
kurslarda ABŞ-da işləyəcəyiniz işlərlə bağlı terminlərlə
tanış olacaq və ayda bir dəfə daha öncə bu proqramda
iştirak etmiş şəxslərlə təşkil ediləcək görüşlərdə iştirak
edə biləcəksiniz. Təcrübəli mütəxəssislər tərəfindən
aparılan bu kurslarda iştirak etmək “Work and Travel”
proqramına müraciət edən bütün tələbələrə tövsiyyə olunur.

Azərbaycanda Work
and Travel şirkəti seçərkən nələrə diqqət etməli!!!
“Work and Travel”
proqramında iştirak etmədən öncə Azərbaycanda hansı
şirkətin xidmətlərindən istifadə edəcəyiniz haqqında qərar
verməniz çox önəmlidir. Xidmətindən istifadə edəcəyiniz
şirkətin Dövlət qeydiyyatından keçməsini, ABŞ-da
əməkdaşlıq etdiyi Sponsor şirkət və onun verdiyi işlərin
nə qədər etibarlı olmasını daha öncədən araşdırmanız sızı
sonradan ortaya çıxacaq problemlerden “sığortalayacaqdır”.
Bundan əlavə Azərbaycandakı şirkətin vizaya hazırlıq və
sənədləşmə işlərində nə qədər müvəffəqiyyətli olmaları da
çox mühümdür. Hər nə qədər viza almağın bir başa şəxsinizə
bağlı olması faktdırsa, sənədləşmə işlərinizin düzgün
aparılması da bu məsələdə bir oqədər önəmli rol
oynayir. Odur ki, Azərbaycanda WAT şirkətlərinə müraciət
edərkən onların bir il öncəki tələbələrinin neçə
faizinin viza almadığını öyrənməniz və o şirkətlə bu
proqramda iştirak etmiş bir neçə tələbənin fikirlərini
öyrənməniz sizə doğru qərar verməkdə böyük köməklik
edəcəkdir. Əgər bir şirkətdən viza ala bilməyən
tələbələrin sayı çoxdursa bunun ancaq iki səbəbi ola
bilər; ya şirkət viza sənədləşmə işlərini apara bilmir ya
da proqrama tələblərinə uyğun tələbə seçə bilmək
iqtidarında deyil.
BU KİMİ ŞİRKƏTLƏRİN
XİDMƏTİNDƏN İSTİFADƏ ETMƏNİZ TÖVSİYYƏ OLUNMUR!!!

ACEEC - lə daha
fərqli Work and Travel
ACEEC şirkətinin
digər şirkətlərdən əsas fərqi aşağıdakılardir:
1. Təklif edilən işlərin daha etibarlı olması
2. Hər iş saatı üçün verilən əmək haqqlarının daha münasib olması (7-12 $)
3. Kifayət qədər “Overtime” (əlavə iş saatı) olması
4. Qalınacaq yerlərin çox ucuz və ya pulsuz olması (həftəlik 20-85 $)
5. İş yerlərinin şəhər mərkəzində və ya ona yaxın olması
6. Proqram iştirakçıları üçün həm ABŞ-da, həm də Azərbaycanda 24 saat
müddətində xidmət verən qaynar xəttinin olması
7. Kadr heyyətinin daha professional olması
8. Work and Travel proqramında iştirak edəcək tələbələr üçün xüsusi “Work
and Travel” hazırlıq kurslarının təşkili
9. Münasib qiymətə təyyarə bilətlərinin təşkili
10. Pulsuz məsləhət xidmətinin verilməsi
Sizə nə vəd edirik.
1. Noyabrın 1-nə qədər qeydiyyatdan keçənlərə 500 AZN
endirim+ 6 ay pulsuz İngilis dili kursu
2. Noyabrın 1-dən – Dekabrın 30-na qədər qeydiyyatdan
keçənlərə 400 AZN endirim+ 5 ay 50% endirimlə İngilis dili
kursu
3. Proqramda ikinci dəfə iştirak edənlərə xüsusi
endirimlər
4. İştirakçıların hər birinə bütün proqram xərcini qazana
bilmələrinə dair zəmanət
5. ACEEC-lə Work and Travel proqramında iştirak edən
tələbələrə xarici universitetlərə qəbul olunmaları üçün
100 % təminat
6. İştirakçıların hər birinə ən azı bütün proqram xərcini
qazana bilmələrinə dair zəmanət
5. Vizaya zəmanət
|