|
Yay Məktəbləri
Yay
Düşərgələri (Summer Camp) nədir?

Yay düşərgələri məktəblilərin yay
tətilli zamanı dincəlmələri, ingilis dili səviyyələrini
inkişaf etdirmələri, getdikləri ölkələrin mədəniyyəti və
görməli yerləri ilə tanış olmaları, özlərinə yeni dost
qazanmaları və beynəlxalq sertifikat əldə etmələri üçün
nəzərdə tutulmuş bir proqramdır.
Proqramın Təşkilatçı şirkəti kimdir?
Bu
Proqram ACEEC (Azerbaijan Cultural and Educational
Exchange Center) tərəfindən təşkil olunur.
ACEEC Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
1301650611 no-lu VÖEN nömrəsi ile qeydiyyatdan keçmişdir.
Şirkətin əsas fəaliiyət sahəsi xarici ölkələrdə bakalavr,
magistr və doktorantura təhsilinin təşkili, xaricdə və
Azərbaycanda dil kursları, kompüter proqramlarının
tədrisi, Work and Travel in USA, yay və qış düşərgələri və
digər proqramlardır. ACEEC şirkətinin dəstəyi ilə onlarca
Azərbaycanlı tələbə hal-hazırda dünyanın bir çox
ölkələrində təhsil alır.
Nə
üçün ACEEC ?
-
ACEEC bu proqramı dünyanın ən tanınmış
universitetləri ilə birgə təşkil edir.
-
ACEEC - təcrübəli, savadlı və peşəkar kadr
heyyətinə malikdir.
-
ACEEC insanların inamını və etibarını hər şeydən
yüksək qiymətləndirir.
Hansı ölkələrdə təşkil olunur?
ACEEC şirkəti bu proqramı
-
ABŞ (Nyu York)
-
ABŞ
(San Fransisko)
-
İngiltərə
-
Kanada
-
Rusiyada
bu ölkələrin ən tanınmış
universitet və kollecləri ilə birgə təşkil edir.
Yaş
həddi nə olmalıdır?
Yaş həddi standart olmayıb ölkədən
ölkəyə dəyişır. ABŞ –da təşkil olunan düşərgələrdə iştirak
etmək üçün
tələb edilən yaş həddi 12-16, İngiltərədə
10-16, Kanadada 12-16, Rusiyada isə 7-16 yaş həddindədir.
Proqramın
faydası nədir?
-
Yüksək səviyyədə istirahət etmək
-
İngilis dilini praktiki olaraq inkişaf etdirmək bə
BEYNƏLXALQ SERTİFİKAT əldə etmək
-
Getdikləri ölkənin mədəniyyəti və görməli yerləri
ilə tanış olmaq
-
Özlərinə yeni dostlar qazanmaq
-
Gələcəkdə təhsillərini xaricdə davam etdirmələri
üçün ilkin təsəvvürün yaradılması
İngilis dilini bilməyənlər iştirak
edə bilərmi?
Əlbətdə mümükündür. Proqramda bütün
məsələlər daha öncədən hesablandığı üçün bu məsələ də
nəzərə
alınmış və hətta ingilis, rus dilini bilməyənlər
üçün də kurslar nəzərdə tutulmuşdur.
Tələbələrin üzərində nəzarət necə
olacaq?
ACEEC Şirkəti tələbələri Yay
düşərgələrinə qrup şəklində göndərir və hər 10 nəfərlik
qrupla bərabər ingilis dilini bilən bir nəzarətçi də
göndərir. Bundan başqa uşaqlar düşərgəyə çatdıqdan sonra
hər 10 nəfərlik qrup üçün bir yerli müəllim ayrılır.
Beləcə, hər 10 nəfərlik qrup üzərində 2 nəfər nəzarətçi
təhkim edilir. Uşaqlar ekskursiyalara və digər gəzintilərə
ancaq bu qrup liderlərinin rəhbərliyi altında
aparılırlar.
Təhlükəsizlik necə təmin edilir?
ACEEC – in təşkil etdiyi bütün
düşərgələr qapalı tipli olub ən müasir mühafizə qurğuları
ilə təmin
olunmuşdur.Yəni tələbələr qalınacaq yerlərin,
dil tədris mərkəzinin, idman və digər komplekslərin
hamısının eyni yerdə yerləşdiyi müasir və dünya
sdantartlarına cavab verən univeritet şəhərciklərində
yerləşdirilirlər.
Bu şəhərciklərin ərazisi 3-5 hektar
olmasına baxmayaraq hər tərəfi kamera nəzarəti ilə təmin
edilmişdir. Kənar şəxslərin buraya icazəsiz buraxılması və
ya uşaqların qrup rəhbəri olmadan kənara çıxmaları mümkün
deyil.
Qalınacaq
yer necə olur?
Uşaqlar öz istəklərinə uyğun olaraq
1-2 və ya 3 nəfərlik otaqlarda qalırlar. Otaqların hamısı
müasir və yaraşıqlı olmaqla bərabər hər cürə mebel və
əşyalarla təmin edilmişdir.
Bundan başqa hər otaqda hamam və tualet vardır ki, bunlar
da hər gün təmizlənir. Yataq dəstləri isə həftədə bir dəfə
dəyişdirilir. Tələbələrin paltarlarını yudurtmaq və
ütülətmək üçün ayrıca otaqlar da nəzərdə tutulmuşdur.
İngilis dili kursları necə təşkil olur?
İngilis
dili kursları həftədə 15-20 saat olmaq üzrə həftənin 1-5
ci günləri arasında tədris olunur. Tələbələr əvvəlcə səviyyə təsbiti
imtahanına girir və ingilis dili səviyyələri müəyyən
edilir. Daha sonra hər tələbə öz səviyyəsinə uyğun sinifdə
yerləşdirilir. Sinifdə maksimum 12-15 tələbə olur.
Tələbələr dərs materiallar ilə təmin edilir. Proqramın
sonunda tələbələrə BEYNƏLXALQ SERTİFİKAT verilir.
Yemək
Tələbələr hər gün 3 dəfə isti
yeməklə və 2 dəfə yüngül qəlyanaltı ilə təmin olunurlar.
Yeməklərin çeşidləri müxtəlif olduğu kimi keyfiyyəti də
çox yüksəkdir.
Düşərgənin
imkanları necədir?
Bütün düşərgələrimizin hamısı
müasir tipdə olub, hər cür tədris kompleksləri, idman
avadanlıqları, kitabxana və internet bağlantılı kompüter
laboratoriyaları, uzgüçülük hovuzları və sağlamlıq
mərkəzlərinə malikdirlər.
Tibbi
xidmət göstərilirmi?
Düşərgələrin
hər birində ilkin tibbi yardım məntəqələri fəaliyyət
göstərir. Əgər hər hansı bir ciddi hadisə baş verərsə o
zaman tələbə təcili olaraq xəstəxanaya çatdırılırlar.
ACEEC bütün tələbələri sığortaladığı üçün istənilən tibbi
xidmət sığorta şirkəti tərəfindən ödənilir.
Ekskursiyalar
Tələbələrin
getdikləri ölkədəki əsas şəhərin və digər yaxın şəhərlərin
tarixi və görməli yerlərinə ekskursiyalara aparılmaları
nəzərdə tutulmuşdur. Uşaqlar ekskursiyalara xüsusi
ayrılmış maşınlarla və qrup liderlərinin nəzarəti altında
aparılırlar.
Proqram xərcinə nələr daxildir?
1.
Hər biri 50 dəqiqə olmaqla həftəlik 15-20 saat
İngilis dili kursu
2.
Mükəmməl şəraitə malik yataqxanada qalınacaq yerin
təşkili
3.
Gündəlik 3 dəfə isti yemək
4.
Tələbələri xüsusi ayrılmış maşınlarla hava
limanından qarşılama və yola salma
5.
Nəzarətçilərin rəhbərliyi altında həyata keçirilən
günlük idman, sosial və əyləncəli fəaliyyətlər
6.
Həftədə 1 və ya 2 gün tam, 2 gün yarım günlük
ekskursiyalar
7.
Dərslik və ləvazimatlar
8.
İmtahanların keçirilməsi və yekunda Beynəlxalq
akreditasiyalı sertifikatın verilməsi
9.
İnternetə sərbəst bağlanma və kompüterlərdən
istifadə
10.
Sığorta
11.
Viza xərcləri
12.
Gediş-dönüş təyyarə bileti
Bu
yayı Bizimlə bərabər keçirməyə dəyər!
Adres: Ağa
Neymətulla 47A/23,
AZ1052, Bakı, Azərbaycan
Tel: (+99412) 567 45 33
Mob: (+99455) 851 30 09; (+99450)
385 77 74
e-mail:
z.imanov@aceec.net
Web:
www.aceec.net
|